Ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb
Ağsunun Kalva kəndində yerləşən fermanın həyətində yanğın baş verib və yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.Polis keçirdiyi əməliyyatla ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən edilərək saxlanılıb. Faktla araşdırma aparılır.
29 sentyabr 2026

