Canlı
Ehtiyacı olan dövlətlərə müxtəlif sahələr üzrə yardım etməkdə Türkiyə 1-ci yerdə dayanır

2018-11-08 / 17:59

Türkiyə ehtiyacı olan dövlətlərə müxtəlif sahələr üzrə yardım etməkdə 1-ci yerdə dayanır. 2002-ci ildən başlayaraq daha geniş şəkildə aparılan insanı yardım kompaniyalarının davamı olaraq qardaş ölkə 2017-ci ildə bu məqsədlə 9 milyard dollardan artıq vəsait xərcləyib. Bu barədə jurnalistlərlə görüşündə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk məlumat verib. Türk dünyasının getdikcə yaxınlaşmasından söz açan Baş Konsul Azərbaycanın bu istiqamətdə apardığı işləri təqdir edib.

Fərid Mehdiyev