Efiopiyanın Baş naziri "ASAN xidmət"də olub

Efiopiyanın baş naziri Abiy Ahmed Ali Azərbaycana rəsmi səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət edib.Qonağa Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzləri və innovativ layihələr barədə məlumat verilib. ASAN modeli artıq 30-dan çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq çərçivəsində ixrac olunur və United Nations tərəfindən ən yaxşı model kimi təşviq edilir.Baş nazir Səyyar ASAN xidmətlə də tanış olub və bu təcrübənin Efiopiyada tətbiq ediləcəyini qeyd edib.Qeyd edək ki, 2024-cü ildə“ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.2025-ci ildə Əddis-Əbəbədə Azərbaycanın “ASAN xidmət” konsepsiyası əsasında ilk “MESOB” dövlət xidmətləri mərkəzi fəaliyyətə başlayıb.Səfər çərçivəsində nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında da olub, zonanın strateji mövqeyi və sənaye imkanları ilə tanış olub.

27 fevral 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik