Edillidə 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar ərazidən bu gün və sabah götürüləcək
“Xocavəndin Edilli kəndi ərazisində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmış ərazidən bu gün və sabah götürüləcək”. Bunu “Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, baxış protokolu başa çatdırılandan sonra əraziyə qutular gətiriləcək. “Qalıqlar qutulara şəxsi əşyaları, nömrələri ilə qoyulacaq. Hərbi Prokrorluğun qərarları ilə birlikdə maddi sübutlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin kriminalistika şöbəsinə təqdim ediləcək”, - deyə Ədalət Həsənov qeyd edib.