Eddi İsrafilov “Alkorkon”u tərk edib

2019-08-12 12:21

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatının I Divizonunda çıxış edən “Alkorkon”u tərk edib. 27 yaşlı yarımmüdafiəçi eyni liqada yer alan “Albasete”yə keçib. İsrafilovun atası anqolalı, anası azərbaycanlıdır.

Vəfa Şairova