"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin e-xidmətləri “mygov” platformasına inteqrasiya prosesinin bu ayın sonunadək tamamlanacağı, mayın 1-dən isə e-Sosial tətbiqinin fəaliyyətini tam dayandıracağı bildirilib.Bu addım İlham Əliyev tərəfindən təsdiq edilmiş “2026-2028-ci illər üçün rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı” çərçivəsində həyata keçirilir.Nazirlik son illərdə xidmətlərinin 90 faizdən çoxunu rəqəmsallaşdırıb, 50-dən artıq xidməti proaktiv formaya keçirib və informasiya sistemlərini Hökumət Buludu infrastrukturuna köçürən ilk dövlət qurumlarından biri olub.
03 aprel 2026

