Dələduzluqla 13 min manatdan çox pulu mənimsəyən qadın saxlanıldı
Şirvanda vətəndaşları dələduzluq yolu ilə aldadan və zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən, şəhər sakini Nəsibə Mahmudova saxlanılıb. O, altı nəfərin etibarından istifadə edərək, onları işlə təmin edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 13 200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Nərgiz Camalzadə