Dələduzluq və oğurluq edənlər saxlanıldı
Bakının Binəqədi rayonunda mənzildən 54 min manatlıq qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən keçmiş məhkum Coşqun Həsənov saxlanılıb.
Şəkidə 21 baş, Ağsu, Göyçay, Zaqatala və Balakəndə isə 11 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Elmin Qasımov, İzzət Sarızadə və Fazil Qasımov da yaxalanıblar.
Qubada Xəlil Əhmədov qadının 1000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinərək saxlanılıb.
Şirvanda isə Əli İsayev və Mehman Əliyevdən külli miqdarda heroin götürülüb.
Vüsalə Cənnətova