Dələduzlar son iki gündə bank kartlarından 40 minə yaxın pul oğurlayıblar
Şirvan sakini 2 baş iribuynuzlu heyvanı satmaq üçün elan saytlarının birində məlumat paylaşıb. Bir müddət sonra isə xarici mobil operatorların birinə məxsus nömrədən ona heyvanlarını alacağı barədə geri dönüş edilib, pul göndərmək üçün vətəndaşdan bank kartı istənilib. Kart məlumatlarını əldə edən dələduz vətəndaşın 1050 manatını mənimsəyib. Ümumiyyətlə ölkə ərazisində iki gündə kartlardan 40 minə yaxın pul oğurlanıb.
Vüsalə Cənnətova