Dünən 25 minə yaxın 9-cu və 11-ci sinif şagirdi Azərbaycan dili imtahanı verib
Dünən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 25 minə yaxın 9-cu və 11-ci sinif şagirdi Azərbaycan dili imtahanı verib. İmtahan materiallarının emalı bu gündən aparılacaq. Nəticələr 2 həftə ərzində elan ediləcək. Azərbaycan dili imtahanının ikinci cəhdi iyunun 30-da keçiriləcək.
Vüsalə Cənnətova