Dünya ölkələrinin qlobal idman reytinq cədvəlində Azərbaycan 89-cu yerdədir
Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb. Nüfuzlu yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan cədvəldə planetin 117 ölkəsi yer alıb. Azərbaycan 22 xalla dünyada 89-cudur. Ölkəmiz Avropada 34-cü yerdə qərarlaşıb. Qazanılan 22 xalın hamısı qılıncoynatmada əldə olunub. Siyahıya 4170 xalla ABŞ başçılıq edir.