Dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq

Dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq. G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq. Oyunları saat 19-da başlayacaq H qrupunda minimum vəzifənin öhdəsindən gələn Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gələcək. Digər oyunda isə Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilər. G qrupunda isə pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşacaq. Digər matçda isə İsveçrə seçməsi Serbiyanı sınağa çəkəcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar. Hər matçın startı saat 23-də veriləcək.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik