Dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın iclasında komissiyanın əsasnaməsi də müzakirə olunacaq
Bu gün üçüncü tərəfin iştirakı olmadan Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır. Sayca 6-cı iclasda komissiyanın əsasnaməsi də müzakirə olunacaq. Komissiyaya Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə Mqer Qriqoryan sədrlik edir. Sonuncu iclas ötən ilin noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində keçirilib.
Fərid Mehdiyev