DÇ-2022-də bu gün Argentina millisinin finaldakı rəqibi bəlli olacaq
Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək. Mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23-də başlayacaq. Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.