DYP yetkinlik yaşına çatmayan uşaqların avtomobil sürmələrinə qarşı çağırış edib
Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar. Baş Dövlət Yol Polisi İdarəsi belə hallara yol verməmələri ilə bağlı çağırış edib.
Fərid Mehdiyev