DYP-nin əməkdaşları sürücülərlə marifləndirici görüşlər keçirirlər

2019-09-10 18:03

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları avtovağzallarda sürücülərlə marifləndirici görüşlər keçirirlər. Ölkəmizin qərp qapısı Qazaxda baş tutan görüşdə gündəlik olaraq müxtəlif rayonlara və paytaxt Bakıya, eləcə də kəndlərə sərnişin daşıyan sürücülər iştirak edib. Onlara yol hərəkət qaydalarına əməl olunmasının vacibliyi, eyni zamanda sükan arxasında diqqətli olmaq tövsiyyə olunub.

Vüsalə Camal