DTX dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənləri saxlayıb
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, İran vətəndaşı tərəfindən dron vasitəsilə Biləsuvar rayonunda, Cəbrayıl qaçqın şəhərciyinin yaxınlığına külli miqdarda narkotik vasitə keçirildiyi müəyyən edilib.Ərazidən narkotikləri götürərək satışını təşkil etmək istəyən Azərbaycan vətəndaşları Rüfət Bədəlov və Rüstəm Muxtarov cinayət başında saxlanılıblar.Onlardan ümumilikdə 15 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.Faktla bağlı cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
05 noyabr 2026

