Canlı
DTX əməliyyat keçirdi, dövlət əhəmiyyətli dəmir yolu xəttini sökənlər saxlanıldılar

2018-11-08 / 16:27

Dövlət Təhlükəsizliyi Xidməti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Saatlı yol sahəsinin xidmət etdiyi dəmir yolu xətti relslərinin birləşdiricilərinin, rels altlıqlarının və digər metal hissələrin 400 metrlik məsafədə sökülməsi faktı üzrə istintaq-əməliyyat tədbirləri keçirib. Cinayət əməllərinin Azərbaycan vətəndaşları – Novruz Əhmədov və Ruslan Orucov tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vüsalə Camal