DSX və DTX-nin birgə əməliyyatı ilə qaçaqmalçı qrup üzvləri saxlanılıblar
Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə əməliyyatı ilə Xəzər dənizindən Azərbaycan sərhədini pozmaqla külli miqdarda narkotik keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçılar saxlanılıb. 3 İran vətəndaşı ilə yanaşı, qaçaqmalçı qrupu qarşılamaq niyyəti ilə dənizin sahilinə gələn Azərbaycan vətəndaşları Elxan Əliyev və Esmira Məmmədova da yaxalanıblar. İtkin düşmüş sərhəd pozucusu, İran vətəndaşı Həmid Vəkilinin isə axtarışı həyata keçirilir. Fakt araşdırılır.
Vüsalə Cənnətova