DSX sərhəddə təxribat törədiləcəyi barədə məlumatlar əldə edib
2020-06-04 10:00
Bu gün Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik¬çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat¬lar əldə olunub. Bu barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb. Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.
Fərid Mehdiyev