DSX-nin ildırım vuran hərbi qulluqçuları ailələrinə təhvil verilib
Dövlət Sərhəd Xidmətinin ildırım vurması nəticəsində həlak olan əsgəri Əli Elşən oğlu Nağıyevin nəşi Gəncədə ailəsinə təhvil verilib. Onun yaşadığı evin önündə vida mərasimi keçirilir. Əli Nağıyev Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verən hadisə nəticəsində Əli Nağıyev ilə yanaşı, mayor Baxış Elşən oğlu Baxışlı da həlak olub. Hər iki hərbi qulluqçunu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifəni icra edərkən ildırım vurub.
Azad Mustafayev