DSX-nin Akademiyasında baş verən yanğın söndürülüb
Dövlət Sərhəd Xidmətinin Akademiyasının əsas korpusunda yanğının baş verməsi ilə bağlı xəbər vermişdik. İlkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olduğu ehtimal edilir. Alov qısa zamanda söndürülüb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 kvadratmetrlik hissəsinə ziyan dəyib.