DSX-nın ildırım vurması nəticəsində həlak olan mayoru ilə Tərtərdə vida mərasimi keçirilib
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti vəzifəsini icra edərkən ildırım vurması nəticəsində həlak olan mayoru Baxışlı Baxış Elşən oğlunun nəşi Tərtər rayonunun İsmayılbəyli kəndinə ailəsinin yaşadığı evə gətirilib. Burada şəhid hərbçi ilə vida mərasimi keçirilib.
Baxış Baxışlı ilə yanaşı, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Gəncədən olan əsgər Nağıyev Əli Elşən oğlu da ildırım vurması zamanı həlak olub.
Zülfiyyə Telmanqızı