DSX-nın hərbçisi qeyri-döyüş şəraitində vəfat edib
2021-02-03 18:12
Bu gün DSX-nin Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib. Bu barədə DSX-dən bildirilib. Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
Nərgiz camal