DSMF pensiya kartları ilə bağlı vətəndaşlara müraciət edib
2020-08-21 14:00
"Pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardımlarını "Kapital Bank"ın plastik kartları vasitəsilə alan vətəndaşlar kartları itibsə və ya yararsız hala düşübsə, həmin bankın müvafiq ərazi üzrə filiallarına müraciət etməklə yeni kart əldə edə bilərlər". Dövlət Sosial Müdafiə Fondundan deyilib ki, Beynəlxaq Bankın plastik kartları vasitəsilə bu ödənişləri alan vətəndaşlara isə bunun üçün əvvəllər olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə filiallarına müraciət etmələri tövsiyə olunur.
Vəfa Şairova