Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Can koronavirus infeksiyasına yoluxub
2020-10-24 10:09
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Can koronavirus infeksiyasına yoluxub. Bu barədə Bundesliqa klubu məlumat yayıb. Testi pozitiv çıxan Almaniya millisinin üzvü evində təcrid vəziyyətindədir. Digər futblçularda və məşqçi heyətində yoluxma aşkarlanmayıb. Türkiyə əsilli oyunçudan əvvəl isveçrəli müdafiəçi Manuel Akanjidə virus aşkarlanmışdı.
Fərid Mehdiyev