"Dorados" klubunun baş məşqçi vəzifəsindən ayrılıb

2019-06-14 12:16

Əfsanəvi argentinalı Dieqo Armando Maradona "Dorados" klubunun baş məşqçi vəzifəsindən ayrılıb. Buna səbəb mütəxəssisin səhhətindəki problemdir. Çiynindən və dizindən əməliyyat olacaq 58 yaşlı çalışdırıcıya həkimlər sağlamlığına diqqət yetirməyi məsləhət görüb. Maradona Meksika təmsilçisinə 2018-19 mövsümündə rəhbərlik edib.

Ruhəngiz Hacızadə