"Donetsk və Tavriya istiqamətlərində qarşı tərəf Slavyansk, Popasna və Kuraxovo ərazilərində döyüşür
2021-04-14 12:09
"Donetsk və Tavriya istiqamətlərində qarşı tərəf Slavyansk, Popasna və Kuraxovo ərazilərində döyüşür. Rusiya qoşunları heç bir uğura nail olmayıblar. Döyüşlər davam edir". Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Ukraynanın şərq sərhədi yaxınlığında aviasiya qruplaşmasını genişləndirir, artilleriya bölmələrini gücləndirir. Qarşı tərəf Xarkov, Donetsk və Zaporojye vilayətlərində hərbi və mülki infrastruktur obyektlərinə sistemli şəkildə raket və bomba zərbələri endirir.
Vüsalə camal