Doktorantura və dissertantura imtahanlarına dair yeni tələblər müəyyənləşib
2021-05-19 12:12
Doktorantura və dissertantura imtahanlarına dair yeni tələblər müəyyənləşib. DİM-dən bildirilib ki, xarici dil üzrə qəbul imtahanı üçün inşa yazmaq tələb olunur. İnşa seçilən xarici dildə olub, mövzunun adına uyğun işlənməli, tərkib hissələri abzaslarla fərqləndirilməlidir. Üslubu publisistik olmalı, neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməlidir. Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iştirakçılar vizual məlumatın təsvirini verməlidir.
Vüsalə camal