Dohada boks üzrə dünya çempionatı başlayıb

Dohada başlayan boks üzrə dünya çempionatının ilk yarış günündə 64 kq çəki dərəcəsində Lorenzo Sotomayor kanadalı rəqibini məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. 49 kq-da mübarizə aparan Rüfət Hüseynov isə 1-ci döyüşündə Mərakeşdən olan dəri əlcək ustasına qalib gələrək mərhələ adlayıb. Dünya çempionatında Azərbaycanı təmsil edən digər boksçular - Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.

Hidayət Şairova