Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Göygöl rayonunun Bənövşəli kənd tam orta məktəbinin musiqi müəllimi Günay Məmmədovanın sosial şəbəkələrdə yayılan videolardakı davranışları və ifadələri pedaqoji etika normalarına zidd olduğuna görə əmək müqaviləsinə xitam verilib.Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi bildirib ki, o, həmçinin məktəbdə canlı yayımlar açaraq tədris prosesinə müdaxilə edib və məktəbin normal fəaliyyətinə mane olub.Qeyd edək ki, Günay Məmmədova məktəb direktorunun otağında canlı yayım açaraq müxtəlif iddialar səsləndirmişdi.
26 oktyabr 2026

