Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək
Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. Bakı və Sumqayıtda keçiriləcək proses barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. 1022 namizədin iştirakı nəzərdə tutulan mərhələdə mümkün 10 balın yarısını toplamış şəxslər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.