Diqqətli olaq. "WhatsApp" istifadəçilərinə qarşı fişinq hücumları olur
2020-11-14 14:04
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “WhatsApp” şirkəti adından həyata keçirilən fişinq kampaniyaları barədə xəbərdar edir. Kiberdələduzlar istifadəçilərə “WhatsApp” üzərindən saxta mesajlar göndərir. İstifadəçinin mobil nömrəsinin guya COVID-19 ilə bağlı həyata keçirilən kampaniyada qalib gəldiyi və 700 min dollar məbləğində pul mükafatına layiq görüldüyü bildirilir. Onun təqdim etdiyi məlumatlar bədniyyətli əməllərin həyata keçirilməsində istifadə edilir. Xahiş olunur ki, belə hallarla üzləşənlər mesajlara cavab verməsinlər və mesajı “spam” olaraq şikayət etsinlər.
Fərid Mehdiyev