Diqqətli olaq, Ermənistan sosial şəbəkələrdə yalanlarla vəsait toplayır
2020-10-18 16:08
Ermənistan tərəfi “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, indiki vaxtda maksimum diqqətli olsunlar və yalnız rəsmi məlumatlara istinad etsinlər. Kiberinsidentlə üzləşdiklərində Xidmətə müraciət etsinlər.
Vüsalə Camal