Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura iki günlük səfərə çıxıblar.Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatları müşayiət edir.Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndə iştirak edir.Diplomatlar Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq layihələri, sosial və iqtisadi infrastrukturla tanış olacaq, həmçinin tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən işlərlə yerində tanış olacaqlar.Bu, diplomatik korpus nümayəndələrinin 2020-ci ildən sonra işğaldan azad edilmiş ərazilərə 22-ci səfəridir.
11 sentyabr 2026

