Dincəlmək istəyi 51 yaşlı kişiyə canı bahasına başa gəldi
Gədəbəyin Gərgər kəndində bədbəxt olay yaşanıb. Belə ki, 51 yaşlı Musayev Elman Əli oğlu biçənək sahəsindəki ot preslərini yük avtomobilinə yükləyərkən istirahət etmək üçün həmin avtomobilin arxa təkərlərinin yanında yerə uzanıb. Bu zaman sürücü avtomobili arxaya doğru hərəkət etdirərkən E.Musayevin üzərindən keçməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən Gədəbəy rayon Mərkəzi Xəstəxanasında ölüb.
Azad Mustafayev