DİN əməliyyat keçirib, 38 kiloqram narkotik dövriyyədən çıxarılıb
Baş Narkotiklə Mübarizə İdarəsi əməliyyat keçirib. Mütəşəkkil dəstə üzvləri, əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar. Onlardan 38 kiloqram marixuana və tiryək götürülüb. Şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib.
Vüsalə Cənnətova