Dövlət qulluğuna qəbul qaydaları dəyişir. Yeni Dövlət Qulluğu Məcəlləsinə əsasən, din xadimləri, başqa ölkənin vətəndaşlığını qəbul etmiş və ya xarici dövlətlər qarşısında öhdəliyi olan şəxslər dövlət qulluğunda işləyə bilməyəcəklər. Prezident İlham Əliyevin imzaladığı Fərmanla tətbiq edilən Məcəllədə digər məhdudiyyətlər də nəzərdə tutulub. Belə ki, müəyyən xəstəlikləri olan, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər də dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər. Bundan başqa, qulluq vəzifələrini lazımınca yerinə yetirmədiyinə və ya müəyyən edilmiş məhdudiyyətləri pozduğuna görə dövlət qulluğundan xaric edilən şəxslərin 6 ay ərzində yenidən dövlət qulluğuna qəbuluna icazə verilməyəcək. Qəbulda 65 yaş məhdudiyyəti də qüvvədə saxlanılıb.
16 noyabr 2026

