DİN vətəndaşlara müraciət edib
2020-10-19 10:07
Daxili İşlər Nazirliyi elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar müraciət edib. “Vətəndaşlar hər an ayıq-sayıq olmalı, eyni zamanda komendant saatı qaydalarına ciddi riayət etməlidir. Koronavirus infeksiyasının doğurduğu təhlükəni də bir an belə unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq. Qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla düşmənlə mübarizəyə çoxsaylı qüvvə cəlb edən dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq. Gəlin hamımız düşmən üzərində qələbəyə xidmət edək”deyə müraciətdə bildirilib.
Nərgiz Camal