DİN və DSX İranla sərhəddə əməliyyat keçirib
Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Lənkəran sərhəd bölgəsində birgə keçirilən kompleks əməliyyat zamanı İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən ümumilikdə 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd Metadon M-40 həbi aşkarlanaraq dövriyyədən çıxarılıb.Faktla bağlı əməliyyat-istintaq davam etdirilir.
25 may 2026

