DİN və Daxili Qoşunlar üzrə hərbi qulluqçulara “Müharibə veteranı” adı verilib, Prezident təqaüdü təyin edilib
2021-02-17 14:00
Sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərində iştirak etmiş Daxili İşlər Nazirliyi, o cümlədən Daxili Qoşunlarının hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib. Həmin hərbi qulluqçular barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib. Təqaüd 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilib və həmin vaxtdan hesablanaraq ödənilir.
Nərgiz camal