DİN sosial şəbəkə istifadəçilərinə müraciət edib
2020-07-20 18:09
DİN sosial şəbəkə istifadəçilərinə müraciət edib. Facebook sosial şəbəkəsində general-polkovnik Vilayət Eyvazovun adına naməlum şəxslər tərəfindən saxta səhifə açılaraq orada təhrif olunan yanlış məlumatlar yerləşdirilib. Qeyd olunan səhifə saxtadır və oradakı paylaşımlar kimlərinsə uydurmasından başqa bir şey deyil. Odur ki, vətəndaşlarımızdan təxribat məqsədi ilə yaradılan belə saxta səhifələri izləməmələrini, yalnız DİN-in sosial şəbəkələrdəki rəsmi səhifərindən istifadə etmələri xahiş edilir.
Nərgiz Camal