DİN kibertalamalarla bağlı əhaliyə çağırış edib
Daxili İşlər Nazirliyi vətəndaşları kibertalanmalara qarşı xəbərdar edib. Dələduzlar zəng, mesaj və ya link vasitəsilə kartın tam nömrəsini, PİN, CVV və OTP kodlarını tələb edə bilər — bu tələblərə inanmayın. Nazirlik xatırladır ki, bank əməkdaşı belə məxfi məlumatları tələb etmir; şübhə yarandıqda zəngi dərhal sonlandırın və bankın rəsmi nömrəsi ilə əlaqə saxlayın. Kart təhlükəsizliyini qoruyun.