DİN-in idarə rəisi: Əməliyyat-axtarış məlumatlarının açıqlanması əməkdaşların həyatına təhlükə yaradır
Məhkəmə proseslərində əməliyyat-axtarış məlumatlarının açıqlanması əməkdaşların və onların yaxınlarının həyatına təhlükə yaradır. Bu fikri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev səsləndirib.Onun sözlərinə görə, əməliyyat-axtarış fəaliyyəti dövlət sirri hesab olunur və bu məlumatların məhkəmədə açıqlanması ciddi risklər yaradır. Rzayev əlavə edib ki, dini ekstremizm və radikal zəmində aparılan araşdırmalarla bağlı qanunvericilikdə müəyyən boşluqlar mövcuddur.
20 fevral 2026

