DİN əhaliyə xəbərdarlıq edib
2020-10-21 17:06
Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Nazirliyin “102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir. Bununla yanaşı, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir.
Fərid Mehdiyev