DİM TOEFL imtahanı keçirəcək
2020-01-31 14:00
Sabah Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı təşkil olunacaq. Prosesdə iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyən edilir.
Ruhəngiz Hacızadə