DİM taksi sürücüləri üçün imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi bildirir ki, xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün mayın 19-da imtahan keçiriləcək.İmtahanda iştirak etmək istəyən namizədlər aprelin mayın 8-i saat 12:00-dək qeydiyyatdan keçməlidirlər. Test imtahanı Bakı, Gəncə, Bərdə və Naxçıvanda təşkil olunacaq. İmtahan 1 saat davam edəcək və namizədlərə 20 sual təqdim olunacaq.10 və daha çox bal toplayan şəxslər uğur qazanmış sayılacaq və onlara 7 il müddətində etibarlı şəhadətnamə veriləcək.
24 aprel 2026

