DİM sədri: İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil
DİM-in sədri Məleykə Abbaszadə gənclərin ixtisas seçimi ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.2026-cı ilin məzunları arasında aparılan sorğuya əsasən, gənclərin yalnız 3,2 faizi ixtisas seçərkən sırf şəxsi maraqlarını əsas götürüb. Digərlərinin seçiminə isə ailə gözləntiləri, gələcək karyera, gəlir və imtahan balı kimi amillər təsir edib.Araşdırma göstərib ki, ailə istəklərini daha çox nəzərə alan gənclər imtahan zamanı daha çox stress və təzyiq yaşayıblar.Məleykə Abbaszadə vurğulayıb ki, ixtisas seçimində gənclərin maraq və qabiliyyətləri də nəzərə alınmalıdır.
22 oktyabr 2026

