DİM sədri buraxılış imtahanlarında ediləcək dəyişiklikdən danışıb
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, gələcəkdə buraxılış imtahanlarında xarici dil üzrə danışıq bacarığının yoxlanılması tətbiq oluna bilər. O qeyd edib ki, hazırda imtahanlarda oxuyub-anlama və dinləyib-anlama bacarıqları yoxlanılır, lakin növbəti mərhələlərdə danışıq və yazı tapşırıqlarının da əlavə edilməsi müzakirə olunur. İmtahanların bir hissəsinin rəqəmsallaşdırılması, o cümlədən magistratura və rezidentura imtahanlarında elektron sistemə keçid planlaşdırılır.
14 may 2026

