DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib
2020-08-04 14:06
Dövlət İmtahan Mərkəzi sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək. Namizədlər iyulun 29-dan DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilirlər. Bu gün saat 11:30-a olan məlumata əsasən 100-ə yaxın namizəd “imtahana buraxılış vərəqəsi” səhifəsinə daxil olmayıb və qeyd edilən sənədləri çap etməyib. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq götürməlidir.
Nərgiz Camal